AZ

Sumqayıtda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Sumqayıt Muğam Mərkəzində bayram tədbiri təşkil olunub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


APA xəbər verir ki, Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olub. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi rəhbərliyə qayıdışı ölkəmizin parçalanmaq, vətəndaş qarşıdurmasına yuvarlanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olmasına imkan verib. Bu tarixi gün müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməl üzərində qurulmasının başlanğıcı kimi qiymətləndirilir.


Vurğulanıb ki, 15 İyun yalnız siyasi sabitliyin bərpası ilə deyil, eyni zamanda milli həmrəyliyin və azərbaycançılıq ideologiyasının gücləndirilməsi ilə də əlamətdardır. Ümummilli Liderin rəhbərliyi altında ölkədə hüquqi, iqtisadi və ictimai institutlar yenidən qurulub, ordu formalaşdırılıb, dövlət idarəetmə mexanizmləri təkmilləşdirilib. Bu tədbirlər nəticəsində Azərbaycanın müstəqil və dayanıqlı inkişaf yolu müəyyənləşdirilib.


Çıxışlarda bildirilib ki, bu gün də Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, güclü və müasir dövlət kimi tanınır. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə isə dövlət başçısının apardığı siyasətin və xalq-iqtidar birliyinin təntənəsi kimi dəyərləndirilib.


Tədbirin sonunda tanınmış incəsənət ustalarının iştirakı ilə zəngin musiqi nömrələrindən ibarət bədii proqram təqdim olunub.

Sumqayıtda Sumqayıtda Sumqayıtda Sumqayıtda Sumqayıtda
Seçilən
86
50
apa.az

10Mənbələr