“Brayton” futbolçusu Ceyms Milner ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa təmsilçisi 39 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2026-cı ilin yayına kimi artırıb.
Milner başa çatan mövsümdə Premyer Liqada 4 oyuna çıxıb.