AZ

''Trabzonspor'' və ''Beşiktaş''ın ala bilmədiyi oyunçunu debütant alır

16 illik fasilədən sonra elitaya yüksələn ''Kocaelispor''la bağlı önəmli bir transfer xəbəri var.

Belə ki, debütant tanınmış xorvatiyalı forvard Bruno Petkoviçi heyətinə qatmaq üzrədi. Xorvatiya yığmasının üzvü olan 31 yaşlı futbolçu 2018-ci ildən bu yana Zaqreb ''Dinamo''sunun şərəfini qoruyurdu. Petkoviç əvvəlki dönəmlərdə ''Trabzonspor'' və ''Beşiktaş''ın da gündəmində yer almışdı. Amma bu klublarla apardığı danışıqlar uğursuz nəticələnmişdi.

Petkoviç ''Dinamo'' ilə maaş məsələsində anlaşa bilmədiyinə görə klubdan ayrılaraq azad futbolçu statusuna keçib. Onun illik 1,2 milyon avro maaş tələb etməsi, Zaqreb klubunun rəhbərliyini qane etməyib.

Yağız Sabuncuoğlunun xəbərinə görə ''Kocaelispor'' Petkoviç ilə anlaşmağa müvəffəq olub. Tərəflər üçillik şifahi razılıq əldə ediblər. Debütant bu futbolçuya illik 1,5 milyon avro ilə yanaşı bonuslar da ödəyəcək. Ulduz futbolçu son detalları razılaşdırmaq üçün bazar ertəsi Kocaeliyə gələcək.

Xorvatiya yığmasında 42 oyuna 11 qol vuran Petkoviç geridə qoyduğumuz mövsümdə ''Dinamo''nun heyətində 26 rəsmi oyunda forma geyərək aktivinə 6 qol, 4 məhsuldar ötürmə yazıb.

Seçilən
29
1
football-plus.az

2Mənbələr