İran ətrafında baş verənlər Londonun, Berlinin və Parisin vicdanının qalmadığını nümayiş etdirir.
Turkustan.az xəbər verir ki, bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İsrailin İrana endirdiyi zərbələri şərh edərkən deyib.
“Bu, dünyanın qavrayışında dəhşətli təhrifdir – görünür, siyasi-demokratik həll yolu tapmaqda səylərini ikiqat artırmalı olan Britaniya, Fransa və Almaniyanın artıq vicdanı qalmayıb. Onlar İrana olunan hücuma görə vicdan əzabı çəkməlidirlər"-deyə, nazir müavini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az