AZ

Xərçəngə məğlub olan aparıcının son MESAJI

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

MTV-nin keçmiş aparıcısı Ananda Lyuis sinə xərçənginin 4-cü mərhələsi ilə mübarizədə məğlub olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, xərçəngin sonuncu mərhələsində olan aparıcı Ananda Lyuis vəfat edib.

Aparıcının vəfatından sonra CNN müxbiri Stefani Elam Lyuisin bir müddət əvvəl ictimaiyyətə son mesajını paylaşıb: "Bu cəsədlər bizə əmanətdir və vaxtı gələndə geri qaytarılacaq. Biz sevgi ilə gəldik və sevgi ilə ayrılmağı seçirik". Bu sözlər onun arxada qoyduğu ən mənalı vida kimi yaddaşlarımıza həkk olunub.

Qeyd edək ki, 2024-cü ildə xərçəng olduğunu öyrənən aparıcı həkimlərin məsləhətinə baxmayaraq əməliyyat olunmaqdan imtina etmişdi.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
azxeber.com

1Mənbələr