AZ

Ümummili lider Heydər Əliyev qayıdışı ilə xalqı kritik durumdan xilas etdi

Bakı. Trend:

Tarixi hadisələr xalqın gələcəyini müəyyən edən böyükbaşlanğıcların əsasını qoyur. 15 İyun – Milli Qurtuluş GünüAzərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyətiolan günlərdən biridir. Bu gün ölkənin siyasi-iqtisadi sabitliyəqovuşduğu, parçalanma təhlükəsindən xilas olduğu, dövlətçiliyinəsaslarının qoyulduğu gündür.

Məhz belə kritik məqamda Ulu Öndər Heydər Əliyev hakimiyyətəqayıdışı ilə Azərbaycan dövləti və xalqı qarşısında tarixixidmətlər göstərmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətəqayıdışı ilə Azərbaycan müstəqilliyini qoruyub saxladı, xalqınbirliyini təmin etdi.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı KommunistPartiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katibMixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğuvəzifələrdən istefa verdi. Ulu Öndər Heydər Əliyevin siyasihakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağabaşladı. Ümummilli Liderin istefa verməsindən iki həftə keçməmişerməni millətçiləri və onların sovet iqtidarında olan himayədarlarıo vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindənçıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışvə Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər HeydərƏliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləribu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

Heydər Əliyevin uzaqlaşdırılmasından cəmi bir il sonra – 1988-ciildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları gücləndi.Dağlıq Qarabağda ermənilər qondarma “öz müqəddəratını təyin etmə”adı altında müstəqillik tələbi ilə çıxış etməyə başladılar.Ermənistan bu prosesi açıq şəkildə dəstəklədi. Azərbaycanrəhbərliyi bu proseslərə qarşı adekvat və qətiyyətli mövqe nümayişetdirə bilmədi.

Heydər Əliyevdən sonra ölkə rəhbərliyinə gələn şəxslər nəinkixalqın etimadını qazana bildilər, üstəlik zəiflik və qətiyyətsizlikgöstərərək milli maraqları da qorumadılar. Mərkəzi Sovethakimiyyətinə bağlılıq davam edir, xalqın real ehtiyacları vəçağırışları nəzərə alınmırdı. İdarəetmədə xaos və qeyri-peşəkarlıqhökm sürürdü.

1990-cı ilin yanvarında Bakı şəhərinə Sovet ordusununyeridilməsi nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi. Bufaciə, xalqla sovet hakimiyyəti arasındakı münasibətlərikəskinləşdirdi. Azərbaycan rəhbərliyi isə xalqı müdafiə etməkdəacizlik göstərdi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini qazansa da, ölkədəkiidarəetmə böhranı daha da dərinləşirdi.

1992-ci ildə AXC-Müsavat hakimiyyəti ölkədə sabitlik yaradabilmədi. Orduda nizamsızlıq, torpaqların işğalı və dövlət çevrilişitəhlükələri davam edirdi. Bu səbəbdən Qarabağ müharibəsindəuğursuzluqlar artmağa başladı. AXC-Müsavat cütlüyünün yarıtmaz vəsəriştəsiz fəaliyyəti dövlət idarəçiliyini demək olar ki, iflicvəziyyətinə salmışdı. AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətiErmənistanın hərbi təcavüzü şəraitində torpaqlarımızı müdafiəsizqoymuşdu. Digər tərəfdən respublikamızın ayrı-ayrı yerlərindəseparatçılıq meyilləri baş qaldırmışdı. Belə bir vəziyyətin meydanaçıxması isə yenicə əldə edilmiş müstəqilliyimiz və bütövlükdəyaradılmış dövlətimizin gələcəyi üçün ciddi təhdidləryaradırdı.

Tarixin acı reallığıdır ki, Vəzirov-Mütəllibov rejimi, dahasonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyevyolundan döndərməyə çalışırdı. Əgər müstəqilliyin ilk illərindəsağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublikarəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalıfaciələrini görməzdi, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmazdı,ölkə ərazisinin 20 faizi işğal edilməzdi, dövlət müstəqilliyimizağrılı və əzablı yollardan keçməzdi. Məhz belə bir vəziyyətdəHeydər Əliyev Azərbaycanın xilaskarı oldu. Dövlətçilik anlayışındanbixəbər olan və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyinidərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdadistədi.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın vərespublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıyagəldi. Xalqın taleyinin həll olunduğu ağır bir zamanda HeydərƏliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayişetdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanınməngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərintənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdənqoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıdahakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altındaqoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamınqarşısını aldı.

Bütün bunlar bir daha göstərirdi ki, Azərbaycan torpaqlarınınErmənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi,getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günəağırlaşan sosial-iqtisadi durumu ölkəni bu bəlalardan xilas edəbiləcək, xalqı öz arxasınca aparmağa qadir siyasi lider HeydərƏliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə özgələcək taleyini özü həll etmək niyyətində idi.

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan MilliQurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətəqayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandanxilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. HeydərƏliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cüil iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevəverilmişdi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyungününü bayram günü elan etdi.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi.Ümummilli Lider məcburi köçkünlər qarşısında çıxışlarının birindəböyük inamla deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedəkŞuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür,hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizimmədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir.Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxtLaçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli,Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin oİsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Qürurla qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyevin arzuları27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətiniyerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə,Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrənglibayrağımız əzəmətlə dalğalanır.

Uzun illərdən sonra Prezident İlham Əliyevin uğurla davametdirdiyi siyasi kurs nəticəsində Azərbaycan dinamik inkişaf edən,modernləşən və beynəlxalq aləmdə nüfuzu gündən-günə artan birdövlətə çevrildi. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilənsiyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü vənüfuzlu dövlətlər sırasında öz mövqeyini daha damöhkəmləndirib.

Bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət həmAzərbaycanın yüksəlişi və inkişafında, milli maraqlarınqorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yertutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin yürüt­düyüstrategiya Azərbaycanın güclü, bütün məsələlərlə bağlı özprinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkəkimi tanınmasını təmin edib.

Şübhəsiz ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər UluÖndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqinəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azadedilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur,Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışınreallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyatakeçirir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevinrəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşməninyerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinəçevriləcək.

Qətiyyətlə demək olar ki, dövlətçilik salnaməmizdə silinməzizlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milliqürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyadaAzərbaycanın rəmzi kimi qəbul edilir. Xalq onun əziz xatirəsinihəmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətəgəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – MilliQurtuluş Günü kimi qeyd edir.

Sevil Mikayılova

Ümumdünya Parlamentlərarası İttifaqının (IPU)İcraiyyə Komitəsinin vitse-prezidenti, Milli Məclisindeputatı

Məqalədə:
Seçilən
10
2
az.trend.az

3Mənbələr