AZ

Tayanidən İran açıqlaması: “Vəziyyət...”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani İsrail kəşfiyyatına istinadən bildirib ki, İran yarım ilə 10 nüvə bombası əldə etməyə hazır olub.

"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə parlamentin hər iki palatasının xarici siyasət komissiyalarının birgə iclasında çıxış edərkən deyib.

"İsrailin kəşfiyyat məlumatlarına əsasən, İran altı aydan da az müddətdə 10 nüvə bombası əldə edə bilərdi. İranın nüvə silahına sahib olması yolverilməzdir”, - deyə Tayani vurğulayıb. 

Onun sözlərinə görə, vəziyyət olduqca narahatedicidir və bu, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Tehranın uranın zənginləşdirilməsi üzrə öhdəliklərini pozduğunu təsdiqləyən son hesabatında da əksini tapıb.Tayani ümid etdiyini bildirib ki, İranla ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı iyunun 15-də keçiriləcəyi planlaşdırılan altıncı danışıqlar raundu baş tutacaq.

“İtaliya hökuməti gərginliyin azaldılmasının tərəfdarıdır. İndiki şəraitdə dialoqu qoruyub saxlamaq hər zamankından daha vacibdir. İtaliya ABŞ və İran arasında Tehranın nüvə proqramı üzrə aparılan danışıqları tam dəstəkləyir”, - deyə o xatırladıb ki, bu danışıqların əvvəlki iki raundu Romada keçirilib.

Bildirək ki, ABŞ və İran apreldən bəri Oman vasitəçiliyi ilə nüvə məsələsi üzrə danışıqlar aparırlar.Altıncı raund bazar günü Müsqatda baş tutmalı idi, lakin İsrailin son hücumlarından sonra onun keçirilməsi sual altına düşüb.

Səbinə Uğur 

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr