AZ

Qazın qiyməti 4% artdı

Avropanın əsas qaz ticarət platforması olan TTF-də iyul ayı üzrə təbii qaz fyuçerslərinin qiyməti 36,2 avrodan 37,7 avroya qədər qalxıb. Yəni, bu da təxminən 4% artım deməkdir.

News24.az bildirir ki, Yaxın Şərqdə artan geosiyasi gərginlik, xüsusilə də Hörmüz boğazında daşımaların təhlükə altına düşməsi, bazarlarda narahatlıq yaradıb. 

Qeyd edək ki, Hörmüz boğazı LNG və neft daşımaları üçün əsas tranzit nöqtəsidir.

Rusiya qazının azalmasından sonra Avropanın LNG-yə artan tələbatı, qiymət artımında mühüm rol oynayır. Bu vəziyyət Avropada qaz bazarlarını da təzyiq altında saxlayır.

Səma


Seçilən
15
1
news24.az

2Mənbələr