“Zirə” klubu futbolçusu Hacıağa Hacılı ilə müqavilə müddətini uzadıb.
News24.az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik yeni müqavilə bağlanılıb.
Qeyd edək ki, Hacılı 2020-ci ildən “Zirə”nin formasını geyinir./teleqraf