AZ

Salat yemək bədəninizə mikroplastiklər sala bilər

Avstraliyalı alimlər kənd təsərrüfatı torpaqlarında toplanan mikroplastiklərin tərəvəz və taxıllar vasitəsilə insan orqanizminə keçə bildiyini müəyyən ediblər. 

News24.az xəbər verir ki, tədqiqat Cozef Boktor rəhbərliyində aparılıb və Environmental Sciences Europe jurnalında dərc olunub.

Məlum olub ki, mikroplastiklər torpağa gübrələr, çirkab suları və plastik örtüklər vasitəsilə daxil olur. Bitkilər isə bu hissəcikləri yarpaqlardan, köklərdən və hüceyrə səviyyəsində qəbul edə bilər.

Alimlər xəbərdarlıq edir ki, bu plastiklər hormonal pozğunluqlara, DNT zədələnməsinə və reproduktiv problemlərə səbəb ola bilər. Hətta bəzi hallarda mikroplastiklər həm də plasenta vasitəsilə fetusa keçə bilir.

Boktor bildirib: “Bu, səssiz və sistemli inkişaf edən bir böhrandır. Təcili tədbirlər görülməlidir.”

Səma Orucova

Seçilən
14
1
news24.az

2Mənbələr