İsrailin hücumu dayanmadan ABŞ-la danışıqlar əsassızdır.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib.
Bəqayi qeyd edib ki, İsrailin İrana qarşı hücumları davam etdiyi müddətdə Tehran ABŞ-la hər hansı danışıqlarda iştirak etməyi məqsədəuyğun hesab etmir.
"İsrailin İrana hücumu dayanana qədər ABŞ-la danışıqlarda iştirak etmək əsassızdır", – deyə Bəqayi vurğulayıb.