AZ

İki gün güclü külək əsəcək

Bakıdan Xudat istiqamətində hərəkət edən sərnişin avtobusu yolda qalıb.

Avtosfer.az xəbər verir ki, oxu.az-a daxil olan şikayətdə sərnişinlərin verdiyi məlumata görə, avtobusda texniki nasazlıq yaranıb və bir müddətdir ki, kömək gözləyirlər. Onların sözlərinə görə, hadisə nəticəsində yolda qalan insanlara heç bir alternativ nəqliyyat vasitəsi təqdim olunmayıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bu gün Bakı-Xudat reysi ilə hərəkət edən 27-TA-080 dövlət qeydiyyat nişanlı avtobusun elektron sistemində yaranan texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsinin Siyəzən rayonu ərazisində yolda qaldığını təsdiqləyib.

O bildirib ki, daşıyıcıya dərhal məlumat verilib:

"Reysin istismarçısı "Uğurlu yol" MMC xəttə ehtiyat nəqliyyat vasitəsi çıxararaq sərnişinlərin daşınmasını təmin edib".

Qurum rəsmisi vurğulayıb ki, hər bir avtobus reysqabağı texniki yoxlamadan keçirilir:

"Texniki baxış zamanı isə sonradan elektron sistemdə yaranan xətanı aşkarlamaq mümkün deyil".

"Nazirlər Kabinetinin qərarına əsasən, AYNA tərəfindən keçirilən müsabiqələrdə şərtlərdən biri də daşıyıcılar tərəfindən əsas avtobuslarla yanaşı ehtiyat nəqliyyat vasitələrinin təqdim olunmasıdır. Bu kimi texniki problemlər yaranan zaman qısa vaxt ərzində bu ehtiyat nəqliyyat vasitələri sərnişinlərin təhlükəsiz və rahat mənzil başına çatmalarını təmin edir", - deyə T.Orucov qeyd edib.

Seçilən
7
avtosfer.az

1Mənbələr