AZ

İranda hərbi bazada partlayış baş verib

İranda

MehrNews: Kirmanshahda hərbi bazada partlayış olub.

İranda Kirmanshah şəhərində yerləşən hərbi bazada partlayış baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə MehrNews agentliyi məlumat yayıb.

Agentlik hərbi baza ərazisindəki qara tüstünü əks etdirən görüntüləri təqdim edib və bu görüntülər çəkildikdən bir neçə dəqiqə sonra İmam Həsən adına kazarmalarda da partlayış baş verdiyini bildirib.

Bir qədər sonra İranın cənub-qərbində yerləşən liman şəhəri Abadanda və qərbdəki Borucerd şəhərində də partlayış görüntüləri yayılıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntıların miqyası ilə bağlı məlumat verilməyib.

Bundan əvvəl İranın şimal-qərbində, Təbriz şəhərində də partlayışlar baş vermişdi.

Məryəm Quliyeva

Seçilən
9
xalqcebhesi.az

1Mənbələr