AZ

Bayraktar AKINCI ÇAKIR raketi ilə hədəfi dəqiqliklə vurub

BAKI, TurkicWorld

Bayraktar AKINCI ÇAKIR raketi ilə hədəfi avtonom şəkildə tam dəqiqliklə vurub.

TurkicWorld xəbər verir ki, Türkiyənin Baykar şirkəti tərəfindən istehsal olunan Bayraktar AKINCI pilotsuz döyüş aparatı Roketsan istehsalı olan ÇAKIR qanadlı raketi ilə alçaq hündürlükdə uçuş və avtonom hədəf tanıma imkanlarını nümayiş etdirib.

Sınaq zamanı ÇAKIR raketi avtonom şəkildə hədəfi tanıyaraq tam dəqiqliklə vurub. Sınağın uğurla başa çatması həm ÇAKIR-ın qabaqcıl hədəf tanıma və yönləndirmə sistemlərini, həm də AKINCI-nın milli sursatla həyata keçirdiyi döyüş qabiliyyətini bir daha təsdiqləyib.

Baykar şirkətinin paylaşımında qeyd olunub: “Bayraktar AKINCI/ÇAKIR qanadlı raketin aşağı hündürlükdən uçuşu və avtonom hədəf tanıma atış sınağı tam vuruldu”.

Baykar baş direktoru Haluk Bayraktar sınaqla bağlı açıqlamasında bu sözləri deyib:
“Biz müdafiə sənayemizin müstəqillik hədəfində daha bir mühüm mərhələni geridə qoyduq. ÇAKIR raketi yalnız hədəfi vurmaqla kifayətlənməyib, onu avtonom şəkildə tanıyaraq zərbə endirib. Bu qabiliyyət bizim çəkindirmə gücümüzə 'ağıl' əlavə edir”.

Qeyd edək ki, ÇAKIR qanadlı raketi Roketsan tərəfindən hazırlanıb və yüksək dəqiqlikli zərbələr üçün nəzərdə tutulub. Onun Bayraktar AKINCI ilə inteqrasiyası Türkiyənin pilotsuz aviasiya sistemlərində mühüm texnoloji irəliləyiş hesab olunur.

Seçilən
14
turkic.world

1Mənbələr