“Əl-Nəsr” Luçano Spalettini baş məşqçi təyin etməkdə israrlıdır.
Publika.az xəbər verir ki, jurnalist Alfredo Pedulanın sözlərinə görə, Kriştiano Ronaldonun oynadığı Səudiyyə Ərəbistanı klubu italiyalıya illik 18 milyon avro dəyərində 2 illik müqavilə təklif edib.
Son bir neçə saat ərzində tərəflər arasında təmaslar olub. Spalletti təklifi dəyərləndirir, o, hələlik yekun cavab verməyib. Onunla Səudiyyə Ərəbistanının daha bir klubu da maraqlanır.