AZ

Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər VİDEO

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gədəbəy rayonunun Çanaqçı kəndində 1992-ci il məzunları illər sonra öz müəllimləri ilə "Son zəng"i birlikdə qeyd ediblər.

AZXEBER.COM xəbər verir ki, Çanaqçı kənd tam orta məktəbinin sabiq şagirdləri 33 ildən sonra eyni sinif otağında toplaşaraq unudulmaz anlar yaşayıblar.

Görüş illərin Azərbaycan dili və Ədəbiyyat müəllimi olan Mustafayev Məmməd Qara oğlu üçün də xüsusi olub. O, illər öncə dərs dediyi sinifdə şagirdləri ilə görüşərək, onlara öz ürək sözlərini çatdırıb.

Məzunlar müəllimlərinə təşəkkür edib, məktəb illərinin xatirələrini bölüşüblər. Tədbir zamanı duyğulu anlar yaşanıb, müəllim-şagird münasibətlərinin zamanla daha da dəyər qazandığı bir daha sübut olunub.

Qeyd edək ki, bu mənalı görüş məzunların təşəbbüsü ilə təşkil olunub.

Həmin görüntüləri təqdim edirik:

Oksana Orucova 

View this post on Instagram

A post shared by Azxeber Media (@azxeber)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
azxeber.com

1Mənbələr