AZ

Roma Papası İran və İsrailə müraciət etdi: Bu, bütün ölkələrin borcudur

Yeni seçilmiş Roma Papası XIV Leo İran və İsraili qarşılıqlı bombardmanlardan sonra sağlam düşüncə nümayiş etdirməyə çağırıb.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, Roma Katolik Kilsəsinin başçısı hər iki ölkə rəhbərliyinə məsuliyyətlərini və bütün dünyada sülhün rifahı naminə birgə çalışmağın vacibliyini xatırladıb.

"Mən İran və İsraili məsuliyyətli olmağa, sağlam düşüncə nümayiş etdirməyə çağırmaq istərdim. Sülhü qorumaq və hamı üçün təhlükəsizlik və ləyaqəti təmin edən barışıq yollarını açmaq bütün ölkələrin borcudur", - deyə XIV Leo Vatikandakı Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə tərəflərə müraciət edib.

Seçilən
9
publika.az

1Mənbələr