AZ

Köçəryan Paşinyanı məhkəməyə verdi


Ermənistanın sabiq prezidenti Robert Köçəryan parlamentin sədri Alen Simonyan və Baş Nazir Nikol Paşinyanı məhkəməyə verib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin rəhbəri məlumat verib.

“Köçəryan öz korlanmış reputasiyasını bərpa etmək üçün məhkəməyə müraciət edib. Adam bilmir ki, onun malik olduğu reputasiyanı heç bir məhkəmə dəyişə bilməz”, - spiker bildirib.

Köçəryan Paşinyanı iyunun 5-də onu rüşvətxorluqda ittiham etməsinə görə məhkəməyə verib.

Simonyana gəlincə, Köçəryan iddia edir ki, parlamentin rəhbəri onun “şərəf və ləyaqət”ini ləkələyib.

Ermənistanın keçmiş prezidenti buna görə Paşinyandan 15 min, Simonyandan isə 7,5 min dollar təzminat tələb edir.

Seçilən
9
news24.az

1Mənbələr