AZ

İşıq olmadan bədənimizə nə olur? - Ağlasığmaz sınaq

Amerikalı jurnalist Lynne Peeples, bədənimizin sirkadiyalı ritmlərinin işıqdan necə təsirləndiyini anlamaq üçün Arkanzasda yerin 50 metr altında yerləşən Soyuq Müharibə bunkerində 10 gün keçirib.

News24.az xəbər verir ki, bu müddətdə o. günəş işığı, elektrik, saat, ekran və insanlarla təmasdan tam təcrid olunub. Sadəcə tutqun qırmızı LED işıqlardan istifadə edib və bədən funksiyalarını (yuxu, qlükoza, nəbz, temperatur) ölçən cihazlarla müşahidələr aparıb.

Qeyd edək ki, Peeples bu sınaqla sirkadiyalı ritmlərin işıqdan nə qədər asılı olduğunu, həmçinin qaranlığın psixoloji və fiziki təsirlərini daha dərindən anlamağa çalışıb. O, vaxtını kitab oxumaq, qarmon çalmaq və təcrübələrini yazmaqla keçirib.

Səma Orucova


Seçilən
11
1
news24.az

2Mənbələr