News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.
Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Zeynep Ece Demirbaş bildirib ki, Haşimoto tiroiditi son illərdə təkcə böyüklərdə deyil, gənclər və yeniyetmələrdə də artmaqdadır.
News24.az xəbər verir ki, xəstəliyin əsas səbəbləri arasında stress, ətraf mühit toksinləri, həddindən artıq yod qəbulu və siqaret çəkməkdir.
Otoimmün xəstəlik nədir?
Haşimoto – immun sisteminin tiroid vəzini zədələməsi ilə xarakterizə olunan otoimmün bir xəstəlikdir. Nəticədə tiroid hormonları azalır və hipotiroidizm yaranır. Bu isə maddələr mübadiləsinin yavaşlaması, yorğunluq, çəki artımı, quru dəri, soyuğa qarşı həssaslıq və hətta sonsuzluq kimi problemlərə səbəb ola bilər.
Tez-tez rast gəlinir, amma tanınmır
Haşimoto ən çox rast gəlinən otoimmün xəstəliklərdən biridir. Adətən orta yaşlı qadınlarda daha çox müşahidə edilsə də, uşaqlarda və gənclərdə də rast gəlinir. Xəstəliyin gedişi yavaş və gizli olduğu üçün gec diaqnoz qoyula bilər.
Erkən diaqnoz vacibdir
Xəstəlik düzgün və vaxtında müalicə olunmazsa, ağır hipotiroidizm, ürək-damar xəstəlikləri və nadir hallarda həyati təhlükəli “miksödem koması” ilə nəticələnə bilər.
Nə etməli?
1.Həkim nəzarətində müntəzəm müayinə
2.Hormon səviyyələrinin izlənməsi
3.Dərmanların düzgün və davamlı qəbulu
4.Sağlam qidalanma və stressin azaldılması
Səma Orucova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.