AZ

İran XİN: Bakı bəyan edib ki, hava məkanımız Tehrana qarşı istifadə olunmayacaq

BAKI, 14 iyun. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı bəyan edib ki, Bakı İran ərazisinə zərbələr endirilməsi üçün ölkənin hava məkanının istifadəsinə icazə verməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr