14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.
16:15
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında bu gün telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbələr bildirib.
Nazirlər İranla İsrail arasında son hərbi toqquşmalarla bağlı yaranmış vəziyyəti müzakirə ediblər.
Hakan Fidanın misirli həmkarı ilə də telefon danışığı apardığı bildirilib.