"Şamaxı" klubu futbolçusu Rafael Məhərrəmli ilə sözləşməni yeniləyib. 

Offsideplus.az xəbər verir ki, müdafiəçi daha 1 il müddətinə Ayxan Abbasovun komandasında forma geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, klub daha öncə Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov ilə müqavilənin müddətini artırıb.