Lənkəranda yeniyetmə dənizdə boğulub.
"Report"un cənub bürosunun məlumatına hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində baş verib.
Əraziyə dalğıc-axtarış qrupu cəlb olunub, batan yeniyetmənin meyiti sudan çıxarılıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.