AZ

Almaniya futbolunun əfsanəsi Sanenin Türkiyəyə gəlişi haqda nə dedi?

''Bavariya'' və Almaniya yığmasının ulduzu Leroy Sanenin ''Qalatasaray''a transferi müzakirə mövzusu olmaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, azad agent statusunda olan 29 yaşlı vinger Türkiyə çempionu ilə üçillik müqavilə imzalayıb.

Bu arada Almaniya futbolunun əfsanəsi Lotar Matteus bu transferi müzakirə edərkən ''Skay'' kanalına diqqətçəkən açıqlamalar verib. ''Qalatasaray'' və Türkiyə futbolunu tərifləyən Matteus bunları deyib: ''Məncə, çox mühüm bir transferdi. ''Qalatasaray''ın hədəfləri də, büdcəsi də böyükdü. Türkiyə
futbolu artıq böyüyüb və güclənib. Əvvəlki illərdə olan qalmaqallar başa çatıb. Türkiyəyə gələn ulduzların böyük əksəriyyəti adətən yaşlı olur. Amma Sane yaş baxımından karyerasının mühüm dönəmindədi. 29 yaşı var və hələ də dünya səviyyəli bir futbolçudu. Türkiyənin stadionları hər zaman dolu olur. Gözəl atmosfer olur. ''Qalatasaray'' yaxşı məşqçiyə sahib olan və ardıcıl çempionluqlar qazanan əla bir komandadı. Onsuz da yaxşı heyətə malik idilər. Sanenin gəlişi Çempionlar Liqasında da yaxşı çıxış edə bilərlər. Bu transferin Sanenin yığmadakı mövqeyinə təsir edəcəyini düşünmürəm. O, DÇ-yə yollanan futbolçular arasında yer alacaq. Sane Münhendə çətin günlər keçirdi. Hər iki həftədən bir sərt tənqid olunurdu. Bu cəhətdən özünü ''Qalatasaray''da daha rahat hiss edəcək. Məncə, ''Bavariya'' onu saxlamaq üçün əlindən gələni etmədi. Sanki onu saxlamağa çox da həvəsli olmadılar''.
Seçilən
25
1
football-plus.az

2Mənbələr