AZ

Cənubi Koreya KXDR ə göndərilən təbliğat vərəqələrinin qarşısını sərt tədbirlərlə alacaq

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreya hökuməti sərhəd təhlükəsizliyini qorumaq məqsədilə Koreya Xalq Demokratik Respublikasına göndərilən “təbliğat vərəqələrinin” qarşısını almaq üçün “sərt tədbirlər” görüləcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, "Yonhap"ın məlumatına görə, Cənubi Koreya prezidentinin sözçüsü Kanq Yu-junq, münasibətləri yumşaltmaq əlamətləri nümayiş etdirdiyi Şimali Koreya ilə bağlı açıqlamalar verib.

Gün ərzində Pxenyanı Cənubdan Şimala tənqid edən “təbliğat vərəqələri”nin göndərilməsinə toxunan Kanq, bu cür davranışların sərhəd bölgəsində yaşayanların təhlükəsizliyini təhlükəyə atdığını qeyd edib. O, bu cür hərəkətləri edənlərə qarşı "sərt tədbirlər" görüləcəyini açıqlayıb.

Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyadakı fəallar Şimala Pxenyanı tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər. Buna cavab olaraq Şimali Koreya 2024-cü ilin may ayının sonundan Cənubi Koreyaya 2000-dən çox zibil daşıyan şar göndərmişdi.

Cənubi Koreya ordusu da Şimali Koreyanın göndərdiyi “zibil balonları”na cavab olaraq sərhəd bölgələrində səsgücləndiricilərlə “təbliğat” fəaliyyəti apardığını açıqlayıb. Şimali Koreya da oxşar səsgücləndiriciləri işə salmışdı.

Cənubi Koreya iyunun 11-də səsgücləndiricilərlə "təbliğat" fəaliyyətini dayandırdığını elan edib. Ertəsi gün Cənubi Koreya Şimali Koreyanın keçən il iki ölkə sərhədində başladığı səsgücləndiricilərdən “təbliğat yayımını” dayandırdığını elan edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr