Bakı. Trend:
Britaniyada nüfuzlu hindistanlı biznesmen “Sona Comstar”beynəlxalq korporasiyasının rəhbəri Sancaq Kapur polo oyunundaiştirak zamanı həyatını itirib.
Trend bubarədəxarici KİV-lərə istinadən xəbər verir.
İlkin ehtimala görə, buna səbəb 53 yaşlı milyarderin təsadüfənarı udması olub. Huşunu itirən milyarder çox keçmədən həyatınıitirib.
Qeyd edək ki, milyarder də tanınmış Bollivud aktrisası KarişmaKapurun keçmiş həyat yoldaşı olub.