AZ

Marcaonun həyat yoldaşı ilə bağlı PİS XƏBƏR

"Qalatasaray"ın sabiq futbolçusu, braziliyalı müdafiəçi Marcao, həyat yoldaşı Pan Teixeiranın xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. 

News24.az xəbər verir ki, futbolçu ona mənəvi dəstək olmaq üçün həyat yoldaşının saçlarını kəsdiyi anların videosunu sosial şəbəkədə paylaşıb.

Hazırda İspaniyanın "Sevilya" klubunda çıxış edən Marcao-nun paylaşımı böyük rezonans doğurub. Xüsusilə "Qalatasaray" azarkeşləri başda olmaqla minlərlə insan duyğusal mesajlarla futbolçuya və həyat yoldaşına dəstək olub.

Həyat yoldaşı Pan Teixeira da paylaşımında “Birlikdə hər şeyin öhdəsindən gələcəyik” sözləri ilə mübarizə əzmini göstərib.

Azarkeşlərdən də dəstək mesajları gəlib: “Dualarımız sizinlədir”, “Güclü olun”, “Qalatasaray ailəsi yanınızdadır”.

Səma Orucova

Seçilən
17
1
news24.az

2Mənbələr