14 iyun 2025-ci il tarixində Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi ümumtəhsil məktəbində keçirilən "Məzun Günü"ndə iştirak edib.
Sevincin,həyəcanın və duyğuların bir araya gəldiyi bu gündə məktəbin məzunları bizə bir daha göstərdi ki,həyatdakı ən böyük zəfərlər səmimiyyət,iradə və sevgi ilə qazanılır.Sumqayıt Bələdiyyəsi olaraq bu anlamlı günün bir parçası olmaqdan, uşaqlarımızın uğur sevincini bölüşməkdən böyük qürur duyduq. Məzunlarımıza kiçik, amma ürəkdən gələn hədiyyələr təqdim etdik – çünki bilirik ki, diqqət və dəyər onların gələcəyə daha inamla addımlamasına güc verir.
Tədbir boyu bizə ən saf hissləri yaşadan an məzunlarımızın ürəkdən sevinməsi oldu.O sevinc bizə sadə bir həqiqəti xatırlatdı: Həyatda ən gözəl şey – qəbul olunmaqdır.Dəyər verildiyini hiss etməkdir.'
Bu gün verdiyimiz bir vəd də oldu: Bu uşaqlar cəmiyyətin kənarında yox,mərkəzində olmalıdırlar.Onların yanında olmaq sadəcə vəzifə deyil, insanlıq borcudur.
Sumqayıt Bələdiyyəsi olaraq hər zaman onların yanında olacaq,yalnız bu günlərini deyil, sabahlarını da birlikdə quracağıq.

