AZ

"Liverpul"un müdafiəçisi "Atletiko"nun maraq dairəsində

"Liverpul"un müdafiəçisi Endryu Robertson karyerasını İspaniyada davam etdirə bilər.

İdman.biz xəbər verir ki, 31 yaşlı futbolçu "Atletiko"nun maraq dairəsinə düşüb.

İngiltərə çempionu müdafiənin sol cinahına "Bornmut"dan Miloş Kerkezi transfer etməyi planlaşdırır. Nəticədə əsas heyətdən kənarda qalacaq Robertson komandasını dəyişə bilər. "Atletiko" məhz bu imkandan istifadə etməyə çalışır.

Qeyd edək ki, Endryu son mövsümdə 45 oyunda cəmi iki ötürmə ilə yadda qalıb. Onun "Liverpul"la müqaviləsi gələn ilin yayaında bitəcək.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr