İsrail Müdafiə Ordusu (SAXAL) İrana hücumlara başladığı gündən indiyə kimi 20 iranlı komandiri məhv edib.
Oxu.Az bu barədə SAXAL-ın "Telegram" kanalına istinadla xəbər verir.
Bildirilir ki, öldürülənlər arasında kəşfiyyat idarəsinin və raket qoşunlarının başçısı da var.
Qeyd edək ki, iyunun 13-nə keçən gecədən İsrail və İran bir-birinə zərbələr endirir və ölkələr bir-birinə qarşı "Oyanan şir" və "Doğru vəd 3" hərbi əməliyyatlarına başlayıblar.
İsrail nüvə və hərbi obyektlərə, eləcə də yüksək rütbəli hərbçilərə hücum edib.
Telegram kanalımız