AZ

Rusiya aviaşirkəti BƏƏ-yə uçuşları ləğv edir

Rusiyanın “Pobeda” aviaşirkəti təhlükəsizlik səbəbi ilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşları müvəqqəti olaraq ləğv edib.

SİAxəbər verir ki, bu barədə RİA Novosti-yə daşıyıcının nümayəndələri məlumat verib.

Belə ki, “Pobeda” iyunun 18-dən 23-dək uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən ölkəyə uçuşlar həyata keçirməyəcək.

Bildirilir ki, iyunun 14-dən iyunun 17-dək uçuşlar Samarada əlavə dayanacaqla həyata keçiriləcək. Bu yolla İranın qapalı hava məkanı üzərindən uçuşlar həyata keçirilməsi planlaşdırılır.

...İranın hava məkanının bağlanması və uçuşların təhlükəsizliyini təmin etmək üçün “Pobeda” uçuş cədvəlini tənzimləmək məcburiyyətində qalıb, - aviaşirkətdən bildiriblər.

Vurğulayıblar ki, 18-23 iyun tarixlərində uçuşlara bilet alan müştərilər vəsaitlərini tam şəkildə alacaqlar.

Daha əvvəl TASS-ın Rosaviasiyadakı mənbələri bildirmişdilər ki, aviaşirkətlər İranın qapalı hava məkanından yan keçməklə Yaxın Şərqə uçacaqlar.

Bundan əlavə, “Aeroflot” uçuş cədvəlində dəyişiklik edəcək.

Əli Babayev

Seçilən
13
1
sia.az

2Mənbələr