AZ

Pakistan İsrailin "sülh üçün ciddi təhlükə" olduğunu bildirdi


Pakistan BMT Təhlükəsizlik Şurasına bildirib ki, İsrailin İranİslam Respublikasına zərbələri “sülh üçün ciddi təhlükədir”. Pakistanın BMT-dəki daimi nümayəndəsi, səfir Asim İftixar Əhməd İsrailin İrana qarşı “əsassız və qeyri-qanuni təcavüzünü” qəti şəkildə pisləyib və İslamabadın İran hökuməti və xalqı ilə güclü həmrəyliyini bir daha vurğulayıb. Pakistanın BMT-dəki Daimi Nümayəndəliyi bazar ertəsi İsrailin İrana zərbələrinə cavab olaraq, Pakistanın "İsrailin İran İslam Respublikasına qarşı haqsız və qeyri-qanuni təcavüzünü qətiyyətlə pislədiyini" bəyan edib.
"Pakistan qardaş İran xalqı ilə güclü həmrəylik nümayiş etdirir. Bu mənfur hücumlar nəticəsində insan tələfatı Ilə bağlı başsağlığı veririk", - deyə bəyanatda bildirilir.

Surxay Əliyev

Seçilən
12
baki-xeber.com

1Mənbələr