AZ

MAQATE İsrailin zərbələrindən sonra Natanzda radiasiya ilə çirklənmə olduğunu təsdiqlədi


2025-ci il iyunun 14-də Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) “Aslan yüksəlişi” əməliyyatı çərçivəsində İsrailin zərbələri nəticəsində zədələnmiş İranın Natanz şəhərindəki uranın zənginləşdirilməsi zavodunun ərazisində radiasiya və kimyəvi çirklənmə barədə məlumat verib. MAQATE-nin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən fövqəladə iclasındakı çıxışı zamanı deyib ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uran (U-235) istehsal etdiyi eksperimental zavodun yer üstü hissəsi tamamilə məhv edilib. Buna baxmayaraq, obyektdən kənarda radiasiya səviyyəsi normal olaraq qalır ki, bu da ətraf mühit üçün təhlükəni istisna edir. Məlum olduğu kimi,iyunun 13-nə keçən gecə İsrail 100-dən çox hədəfə, o cümlədən Natanz və İsfahandakı nüvə obyektlərinə, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Tehrandakı qərargahına zərbələr endirib.

Belə ki, F-35, F-16 və F-15-lər də daxil olmaqla 200-ə yaxın döyüş təyyarəsi hücumlarda iştirak edib və nəticədə SEPAH komandiri Hüseyn Səlami də daxil olmaqla 78 nəfər həlak olub, 329 nəfər yaralanıb.Buna cavab olaraq İran İsrailə qarşı hipersəsli Fəttah-1 də daxil olmaqla 150-200 ballistik raket ataraq “Doğru vəd 3” əməliyyatına başlayıb.

Surxay Əliyev

Seçilən
60
18
baki-xeber.com

10Mənbələr