AZ

Lavrovdan İrana dəstək: Moskva İsrailin hücumlarını pislədi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, Danışıqlar zamanı Lavrov İsrailin İrana qarşı həyata keçirdiyi son hücumları qınayıb və hadisə nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

Rusiya XİN-in yaydığı məlumata görə, Moskva Yaxın Şərqdə gərginliyin azaldılması üçün səylərə dəstək verməyə, həmçinin İranın nüvə proqramı ətrafında aparılan danışıqlara töhfə verməyə hazır olduğunu vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
21
konkret.az

1Mənbələr