Ağıllı, mehriban, qayğıkeş və məsuliyyətli – bu xüsusiyyətlərə sahib qadınlar idealdır.
News24.az xəbər verir ki, onlar gözəl dost, vicdanlı əməkdaş və anlayışlı tərəfdaş olurlar.
Amma qəribədir: belə qadınlar bəzən öz çevrələrində tək qalan ilk insanlar olur. Onlar özlərindən daha az səviyyəli və düşüncəli olan tanışlarının nişanlandığını, evləndiyini müşahidə edirlər. Bu paradoksun psixoloji səbəbləri düşündüyümüzdən daha dərindir.
Psixoloqlar bildirir ki, “yaxşı qızlar” adətən özlərini deyil, başqalarını düşünməklə böyüyürlər. Onlar "yox" deməyi bacarmırlar, daim anlayışlı olurlar və şəxsi sərhədlərini pozmağa imkan verirlər. Bu isə bir münasibətdə onları sonsuz şəkildə verən, amma heç nə tələb etməyən bir obraz halına salır. Belə qadınlar kişilərə maraqlı görünmür: onlar nə ehtiras, nə də intriqa oyadırlar.
Digər tərəfdən, bu qadınlar daim mükəmməl görünməyə çalışır, emosiyalarını gizlədir və “ideal obraz”larını qorumağa çalışırlar. Ancaq münasibətlər real duyğular üzərində qurulmalıdır. Şəffaf olmaq, hissləri ifadə etmək və ehtiyac duyduğunu söyləmək münasibət üçün vacibdir. Mükəmməllik yoran, süni bir pərdə yaradır və səmimiyyətsizlik hissi doğurur.
Aqil