Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəBakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxınsularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsizərazi) 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət vəSularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləriaxtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.