AZ

İran-İsrail hücumları nə vaxt bitəcək?

İran hökumətinin sözçüsü Fatimeh Mohacerani deyib ki, İran ordusu lazım bildiyi müddətcə İsrail ərazisinə hücumları dayandırmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nazirlər Kabinetinin sözçüsü, "Silahlı qüvvələrimiz lazım bildikcə bu cavab davam edəcək və hökumət silahlı qüvvələrin qərarlarını tam dəstəkləyəcək. Biz Ali Rəhbəri və onun qərarlarını dəstəkləyirik",- deyə bildirib

İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə qarşı yeni hücumlara hazır olduğunu açıqlayıb və yeni hücumların həyata keçirilməsi üçün daxili hazırlıqların tamamlanmalı olduğunu qeyd edib.

Seçilən
7
operativmm.az

1Mənbələr