AZ

İran nə vaxta kimi İsrailə zərbələr endirəcək?

"İran ordusu onları zəruri hesab etdiyi müddətcə İsrail ərazisinə zərbələr dayanmayacaq".

Publika.az xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatemu Mohajerani deyib.

"Nə qədər ki, silahlı qüvvələrimiz bunu zəruri hesab edir, bu cavab davam edəcək və hökumət silahlı qüvvələrin qərarlarını tam dəstəkləyəcək. Biz ali rəhbəri və onun qərarlarını dəstəkləyirik", - deyə Nazirlər Kabinetinin nümayəndəsi bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə növbəti hücumlara hazır olduğunu elan edərək, yeni zərbələr üçün ölkədaxili hazırlıqların başa çatdırılmasının zəruriliyini qeyd edib.

Seçilən
8
publika.az

1Mənbələr