AZ

“Verstappenin Avstriyada yarışması ölkə üçün vacibdir”

Avstriyalı Formula 1 stüarderi Vilhelm Sinqer dördqat dünya çempionu Maks Verstappenin cəza xalları ilə bağlı vəziyyətinə münasibət bildirib. O, "Red Bull" pilotunun vəziyyətinin ciddi olduğunu vurğulayıb.

90deqiqe.Az xəbər verir ki, "GPblog" Sinqerin dediklərini belə çatdırıb. 

 “Pozuntu həmişə cəza ilə nəticələnir, lakin bu, mütləq cərimə xalları anlamına gəlmir. Stüardlar səsvermə yolu ilə qərar verir və vəziyyəti qiymətləndirirlər. Verstappenin bu yarışda iştirakı Avstriya üçün vacib olardı”.

Hazırda Maks Ferstappenin aktivində 11 cəza xalı var. Əgər növbəti iki Qran Pridə daha bir cəza xalı alarsa, bir yarış həftəsonundan diskvalifikasiya oluna bilər.

Qeyd edək ki, Kanada Qran Prisinin üçüncü sərbəst yürüşü bu gün Bakı vaxtı ilə saat 20:30-da, təsnifat mərhələsi isə saat 00:00-da keçiriləcək.

Seçilən
9
90deqiqe.az

1Mənbələr