AZ

TƏCİLİ! İsrail Şərqi Azərbaycana zərbə endirdi: 31 ÖLÜ

İsrailin zərbələri nəticəsində 30 hərbçi və 1 Qızıl Aypara əməkdaşı həlak olub – Şərqi Azərbaycan vilayətində vəziyyət gərginləşir

KONKRET.az xəbər verir ki, iyunun 13-də İsrailin İrana endirdiyi raket zərbələri nəticəsində Şərqi Azərbaycan vilayətində azı 30 hərbçi və 1 İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşı həyatını itirib. Bu barədə ISNA agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Eyni zamanda bölgəyə yeni raket zərbələrinin endirildiyi bildirilir. Raketlərin hədəfə çatdığı ərazilər barədə dəqiqləşdirilmiş məlumat verilməsə də, təxribatın miqyasının genişləndiyi qeyd olunur.

Qeyd edək ki, Şərqi Azərbaycan vilayətinin əhalisinin böyük əksəriyyətini etnik azərbaycanlılar təşkil edir — müxtəlif hesablamalara görə, bu göstərici 85–90%-dən çoxdur.

Natiq Səlim,
KONKRET.az

Seçilən
23
konkret.az

1Mənbələr