AZ

Rusiya İsraili ittiham etdi – Lavrovdan İrana dəstək

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçı ilə telefonla danışıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Lavrov Moskvanın İsrailin İslam Respublikasına qarşı həyata keçirdiyi güc tətbiqini qəti şəkildə pislədiyini bildirib.

“13 iyun tarixində Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığının davamı olaraq Moskva bir daha vurğulayıb ki, İsrailin İrana qarşı BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarını pozaraq həyata keçirdiyi güc tətbiqi qəbuledilməzdir”, – deyə nazirlikdən bildirilib.

Lavrov həmçinin qeyd edib ki, Rusiya İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanmasına və İran-İsrail qarşıdurmasının deeskalasiyasına yönəlmiş səylərə dəstək verməyə davam etməyə hazırdır./Globalinfo.az  

Seçilən
32
50
referans.az

10Mənbələr