“Rəsmi Moskva İsrailin İrana qarşı güc tətbiqi aksiyasını pisləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İranlı həmkarı Abbas Əraqçi ilə, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Rusiya İranın nüvə proqramı ətrafındakı vəziyyətin nizamlanmasına və İran ilə İsrail arasında gərginliyin azaldılmasına yönəlmiş səylərə bundan sonra da dəstək verməyə hazırdır.
Tərəflər qeyd olunan mövzu üzrə beynəlxalq təşkilatlar, o cümlədən ŞƏT və BRİKS çərçivəsində təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta