Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran-İsrail böhranı ilə bağlı diplomatik gedişatı sürətləndirib. Bu çərçivədə prezident Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ilə də telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Prezident Ərdoğan telefon danışığı zamanı Netanyahunun liderliyindəki İsrailin bölgənin sabitliyi və təhlükəsizliyinə ən böyük təhdid olduğunu, bunun İrana hücumla bir daha nümayiş etdirildiyini, gərginliyi azaltmaq üçün İsrailə son qoyulmalı olduğunu bildirib.