AZ

Pentaqon rəhbəri: Tramp hələ də İranla razılığa gəlməyi düşünür

ABŞ Prezidenti Donald Tramp hələ də İranın nüvə proqramı problemini diplomatiya yolu ilə həll edəcəyini gözləyir.

"Report" xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset "Fox News"a müsahibəsində deyib.

“Donald Tramp demək istəyir ki, sülh üçün imkan var. Ümid edirik ki, onlar danışıqlar variantını seçəcəklər”, - Heqset vurğulayıb.

Onun sözlərinə görə, ABŞ vəziyyəti izləyir və lazım gələrsə, Yaxın Şərqdəki Ordusunu qorumağa hazırdır. Heqset əlavə edib ki, İranın ABŞ obyektlərinə mümkün hücumu arzuolunmazdır.

Bundan əlavə, o bildirib ki, Vaşinqton Yaxın Şərqdəki bazalarının mühafizəsini gücləndirmək üçün hava hücumundan müdafiə sistemlərini Ukraynadan geri çəkib.

Seçilən
16
3
report.az

4Mənbələr