...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili regional təhlükəsizlik və sabitliyə əsas təhdid adlandırıb.
SİA xəbər verir ki, onun sözlərini RİA Novosti agentliyi Türkiyə liderinin ofisinə istinadən yayıb.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı zamanı İsrailin İrandakı nüvə obyektlərinə zərbələr endirməsi ilə bağlı fikirlərini bildirib.
...Benyamin Netanyahunun rəhbərliyi altında İsrail regionun sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhdiddir. O, bunu İrana hücum etməklə sübut etdi. Gərginliyi azaltmaq üçün İsrail dayandırılmalıdır.
Ofis dövlət başçısının sözlərini sitat gətirir.
Bundan əvvəl İsrailin kəşfiyyat məlumatlarına əsasən İrana hücum edə biləcəyi məlum olub.
Bildirilib ki, Tehran altı ay ərzində 10 atom bombası və iki min raket ala bilər.
Əli Babayev