AZ

“Biz rejimin hər bir obyektinə və hədəfinə zərbə endirəcəyik”

ain.az, Tribuna saytına istinadən bildirir.

İsrail Hərbi Hava Qüvvələri İran hakimiyyətinin hər bir hədəfinə zərbə endirəcək.

Tribunainfo.az  xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində bildirib.

“Yaxın vaxtlarda siz Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini görəcəksiniz: biz rejimin hər bir obyektinə və hədəfinə zərbə endirəcəyik”, – o söyləyib.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı “Yüksələn Şir” (“Rising Lion”) əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.

Nəticədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri ölüb. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

Öz növbəsində, İran da İsrailə cavab zərbələri endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
tribunainfo.az

2Mənbələr