"Sabah" klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bəyanatda bildirilib ki, baş məşqçi Vasili Berezutski ilə müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Sabah” rusiyalı mütəxəssisin rəhbərliyi altında tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanıb.