Xorvatiyanın İsraildəki konsulu və onun həyat yoldaşı İranın Təl-Əvivə raket zərbələri nəticəsində xəsarət alıblar.
Bu barədə ölkənin xarici işlər naziri Qordan Qrliç Radman “X” üzərindən məlumat yayıb.
“Təl-Əvivə hücum zamanı konsulumuz və həyat yoldaşının yaralanması xəbəri məni sarsıtdı. Yaşadıqları bina zərbə nəticəsində ziyan görüb. Onlarla danışdım, xoşbəxtlikdən yaraları yüngüldür və həyati təhlükələri yoxdur”, – deyə nazir bildirib.
O əlavə edib ki, Xorvatiya Xarici İşlər Nazirliyi İsraildəki səfirliklə daimi əlaqə saxlayır və əməkdaşlarının təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür.
“Biz mülki şəxslərə və diplomatik obyektlərə qarşı hücumları qətiyyətlə pisləyirik. Tərəfləri dərhal gərginliyi azaltmağa və təmkinli olmağa çağırırıq”, – deyə Radman vurğulayıb./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta