AZ

Putin Trampla danışıqlarda İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla söhbətində İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

"Prezidentlər arasında fikir mübadiləsi təbii olaraq Yaxın Şərqdə vəziyyətin təhlükəli gərginləşməsinə yönəlib", - deyə Uşakov bildirib.

“Vladimir Putin İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyərək, münaqişənin bütün Yaxın Şərqdəki vəziyyət üçün gözlənilməz nəticələrə gətirib çıxara biləcəyi ehtimalı ilə bağlı ciddi narahatlığını bildirib”, - deyə Kreml sözçüsü əlavə edib.

Rusiya liderinin köməkçisi bildirib ki, prezident “Amerikalı həmkarına İsrailin baş naziri və İran prezidenti ilə apardığı telefon əlaqələri barədə məlumat verib”.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
4
bizimyol.info

6Mənbələr